Marneulidə 1800-ə yaxın birinci sinif şagirdi təhsilə distant qaydada başlayacaq
2021-2022-ci tədris ilində Marneuli bələdiyyəsindəki 74 ictimai məktəbdə birinci sinfə 1800-ə yaxın şagird qeydiyyatdan keçib. Onlar üçün ilk zəng evlərində çalınacaq və təhsilə onlayn rejimdə başlayacaqlar. Marneuli Təhsil Resurs Mərkəzindən bildirdilər ki, Təhsil Nazirliyi onların hamısına kompüter verəcək.

Marneuli bələdiyyəsinin Ağqula ictimai məktəbində birinci sinif şagirdi olmayacaq. Qeyd olunan məktəbdə bu il 6 nəfər birinci sinif şagirdi qəbul edə bilərdi, lakin bu məktəbə heç kəs qeydiyyatdan keçməyib.

Gürcüstan miqyasında məktəblərdə təhsil prosesi 15 sentyabr tarixində distant qaydada başlayacaq. Bu barədə qərarı 31 avqust tarixində Qurumlararası Şura ölkədə yaranmış ağır epidemioloji vəziyyətə görə qəbul edib. Təhsil müəssisələri 4 oktyabr tarixinə qədər onlayn təhsil rejimini davam etdirəcəklər.

Print Email
FaceBook Twitter Google