Sıfır kompromis olacaq, seçkilər bitdikdən sonra hamıya layiqli cavab veriləcək - Qaribaşvili
Baş nazir İrakli Qaribaşvili bildirib ki, seçkilərdən sonra dövlətə və kilsəyə qarşı "sui-qəsdə" qatılan hər kəsə "düzgün cavab veriləcək".

O, ölkədə "təxribat" cəhdinə sıfır kompromis olacağını söyləyib.

Oktyabrın 2-də dövlətə və kilsəmizə qarşı bu sui-qəsdə gürcü xalqı ləyaqətli bir cavab verəcək və hər şəhərdə və bələdiyyədə "Gürcü Arzusu" qalib gələcək.

"Təbii ki, biz güclü bir hökumətik. Bəzilərinin xəyalları ola bilər, amma heç bir güzəşt olmayacaq, ölkəmizdə hər hansı bir təxribat törətmək cəhdində sıfır kompromis olacaq. Seçkilər sona çatacaq və hər kəsə layiqli cavab veriləcək, sui-qəsddə iştirak edən hamı vətən xaini və ölkəmizin düşmənidir", - deyə Qaribaşvili qeyd edib.

Sentyabrın 13-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən sızdırıldığı iddia edilən din xadimlərinin şəxsi həyat detalları, əlaqələri tamami ilə dinlənilib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər