Tbilisi meriyasına namizəd və keçmiş baş nazir Qiorqi Qaxaria
bildirib ki, Mixail Saakaşvili Gürcüstana gələcəksə, bu, "Gürcü
Arzusu"-nun razılığı ilə olacaq.
Saakaşvilinin gəlişi, "Gürcü Arzusu"-nun uydurduğu nağıldır, hansı
ki, tərəfdarlarını səfərbər etmək üçün istifadə edirlər. Bundan
başqa bir şey deyil. Əgər Saakaşvili Gürcüstana ümumiyyətlə gəlməyə
cürət edərsə, təbii ki, bu "Gürcü Arzusu"-nun razılığı ilə
olacaq.
"Hər halda, tülkü kimi, bu insanlar da həbsdə olmalıdır
və bu gün nə dediklərinin heç bir əhəmiyyəti yoxdur. Sadəcə, bu gün
"Gürcü Arzusu"-un insanları bir şeylə qorxutmaq üçün bir nəyəsə
ehtiyacı var idi və indi bununla qorxudurlar. Nə əhəmiyəti var
bunun mənim üçün
heç bir əhəmiyyəti yoxdur. Məntiqi görə bilmirsiz? - Bu iki qüvvə
bir-birini qidalandırır, necə ki lazım olur. Onun siyasi nüfuzu
sıfırdır", - deyə Qaxaria bildirib.
Eyni zamanda Qaxariya qeyd edib ki, Saakaşvili Gürcüstana gəlsə,
həbs olunarsa, onun azadlığa buraxılması "Gürcü Arzu" ilə
razılaşdırılacaq.
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sentyabrın 27-də
Facebook-da oktyabrın 2-si üçün sifariş edilmiş Kiyev-Tbilisi
aviabiletinin şəklini paylaşıb.
"Gürcü Arzusu" keçmiş prezidentlə bağlı 4 cinayət işi üzrə
istintaqa başlayıb. Bu işlərdən ikisində Saakaşvili həbs cəzasına
məhkum edilib, digər iki iş üzrə isə məhkəmə hələ yekun qərar
verməyib.