"Ayağım ağrıyır"- bir gənc dağıntılar altından xilasedicilərlə əlaqə saxlayıb
Batuminin 26 May küçəsindəki çökmüş binada xilasetmə işləri davam edir.

Dağıntılar altından xilasedicilər Zviad adlı gənclə əlaqə saxlayıb.

Xilasedicilərə ayağının ağrdığını söyləyib. Səhərdən etibarən gənclə əlaqə kəsilməyib.

Bu gün saat 12 radələrində Batumidə 6 mərtəbəli binanın girişi çöküb. Batumi Bələdiyyəsindən verilən məlumata görə, dağıntılar altında təxminən 7-8 nəfər qalıb. Dağıntılar arasından uşaqlar da çıxarılıb.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər