Mən ən müqəddəsin mənəvi oğlu olaraq qalıram, heç kimə tarixi yenidən yazmağı tövsiyə etmirəm - Saakaşvili
Sabiq prezident Mixeil Saakaşvili, Gürcüstan Pravoslav Kilsəsi Patriarxlığının bəzi nümayəndələrinin açıqlamasını təxribat adlandırıb və özünün Sinodun əsas mövqelərinin davamçısı olduğunu və II İliyanın mənəvi oğlu olduğunu söyləyib. Bu, Saakaşvilinin məktubunda qeyd edilib.

Saakaşvilinin sözlərinə görə, o, konkordatın əsasını özü qoyub və hətta dövlət bayrağında xaçın qanuniləşdirilməsi uğrunda mübarizə aparıb və tarixi heç kim təkrar edə bilməz.

“Arxasında rus qulaqları aydın görünən təxribata cavab vermək istəyirəm. Kommunistlərin dövründən bəri, 1979-cu ildən, hələ uşaqlıqdan, mənim müəllimim ilə birlikdə müqəddəs ayinlərə qatılırdım, hələ də mənəvi oğlu olaraq qalıram və əsasən dini məsələlərdə onun bütün mövqelərini dəstəkləyirəm.

Müstəqilliyin bərpasından sonra Ədliyyə Nazirliyi ilə Patriarxlıq arasında müqavilə imzalayan və sonrakı konkordatın təməlini qoyan ilk nazir oldum. Tbilisi Şəhər Şurasına sədrlik dövründə beş xaçlı bayrağı qanuniləşdirmək üçün birlikdə mübarizə apardıq, birlikdə Baqrati, sonra Poti və Nekresi məbədlərini yenidən qurduq.

Digər kilsələrlə münasibətlər də daxil olmaqla bütün əsas məsələlərdə onun və Müqəddəs Sinodun əsas mövqelərinin davamçısı olmuşam və olmağa da davam edirəm. Dövlət bayrağındakı xaçın yaradıcısına həbsxanada sinəsində öz balaca xaçını daşımağa icazə vermirlər, qaldı ki, başqa mövzulara heç kimə yenidən tarix yazmağı məsləhət görmürəm. Yalanın qısa ayaqları olduğu üçün cəmiyyətin amneziyaya ehtiyacı yoxdur", - deyə Saakaşvili yazıb.

Xatırladaq ki, Gürcü Pravoslav Kilsəsinin Muciri Mitropolit Şioyanın sözlərinə görə İncil hər zaman hamı ilə barışmağı və bağışlamanı təbliğ etmir.

“Bu gün ümumbəşəri barışıqdan danışırlar. Yeri gəlmişkən, xristianlığı tez-tez səhv şərh edirlər, hər kəsin hər şey üçün bağışlanmalı olduğunu, hər kəsin həmişə barışmalı olduğunu söyləyirlər",- deyə əlavə edib.

Ruhaninin dili ilə desək, "İncildə belə bir şey yazılmayıb".

"Şərin ədalətli bir cəza ilə cəzalandırılması lazım olduğuna əlavə olaraq, bəzən həddindən artıq hallarda belə bir şəxsi, həyatımızdan və cəmiyyətimizdən dəf edək", - deyə o bildirib.

Mitropolit Şio, xütbəsi dəfələrlə Saakaşvili məsələsi ilə əlaqəli olsa da, oktyabrın 1-dən həbsdə olan Gürcüstanın keçmiş prezidenti Saakaşvilidən birbaşa danışmayıb.

Patriarxlığın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, keşiş Andria Gağmaidze "Imedi"-yə verdiyi müsahibə zamanı bu fakta toxunub və deyib:

"Nə partiyanın, nə də həbsxananın adının çəkilmədiyi bu ümumi xütbədə Nika Qvaramia nəyə görə Saakaşvilinin söhbətini açıb?! Biz qəddarlığı xatrlatdıq və o Saakaşvili ilə əlaqələndirdi".

Xütbədən əvvəl Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun bir neçə üzvü Saakaşvilinin azadlığa buraxılmasını tələb edən petisiyaya imza ataraq "ümumbəşəri barışığa" çağırış edib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər