"Saakaşvilinin aclığı imitasiya olunur" - Kobaxidze
“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin fikrincə, hakim komanda üzvlərinin Mixeil Saakaşvili ilə bağlı açıqlamaları onun aclığının əslində “imitasiya” olduğuna işarədir.

Kobaxidzenin sözlərinə görə, belə bir işarə həm də Mamuka Mdinaradzenin açıqlaması olub və o, ac adamın 40 gün dayana biləcəyini və 41-ci günü gözlədiklərini bildirib.

“Əgər bir adam bir aydır ki, aclıq aksiyası keçirirsə, bu, onun hüququdur, bizim bununla işimiz yoxdur. Bizim məsuliyyətimiz insan hüquqlarının standartlarına riayət etmək və müvafiq tibbi xidmət göstərməkdir ki, bunu da hökumət edir.

Bu da bir işarədir və mən də bu aclığın əslində imitiasiya olduğuna işarə etdim. Ədliyyə Nazirliyi də müvafiq qərar qəbul edib və vaxtında ictimaiyyətə məlumat verib. Xüsusi tibbi prosedurların aparıldığı da məlumdur. Yenə deyirəm ki, onun limonadı sevdiyinə bütün həbsxana gülür. Biz şadıq ki, onun səhhəti, əslində, təhlükə altında deyil.

Məhbuslardan birinin aclıq aksiyası keçirməsi məsələsi heç də maraqlı deyil. Məhkumlardan biri də digərlərindən qat-qat ağır cinayətlərə görə məhkum edilmiş Saakaşvilidir, ona görə də məhbuslardan biridir. Belə bir məhbusla insan hüquqları standartlarına uyğun davranmaq hökumətin məsuliyyətidir”,
- deyə Kobaxidze bildirib.

Mixail Saakaşvili 33 gündür aclıq aksiyası keçirir. Onun partiya yoldaşları və həkimlər vəziyyətinin pisləşdiyini deyirlər. Bəzi tərəfdarları və partiya üzvləri Saakaşvilini aclıq aksiyasına son qoymağa çağırırlar ki, onun vəziyyəti daha da ağırlaşmasın. Onların arasında partiyanın sədri və Tbilisi merliyinə namizəd Nika Melia da var.

“Gürcü Arzusu”nun liderlərindən biri Mamuka Mdinaradze də bundan əvvəl demişdi ki, “biz hamımız eşitmişik ki, insan 40 gün ac yaşaya bilər və biz 41-ci günü gözləyirik və əminəm bu insan sağlam olacaq,. O zaman sizin, mənim və bir neçə televiziyanın danışmağa daha sözü ola bilməyəcəyik".

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər