Marneuli bələdiyyəsində son bir həftədə koronavirusa 410 yoluxma qeydə alınıb
Marneuli bələdiyyəsində son bir həftədə koronavirusa 410 yoluxma qeydə alınıb.

Marneulinin Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzindən bildirdilər ki, yoluxma hallarının sayı artıb. Mərkəzdən qeyd etdilər ki, qəbul etdikləri xəstələrdə ölüm halları qeydə alınmayıb.

“Kovid-19-a yoluxma halları hiss ediləcək dərəcədə artıb. Bizim qeydə aldığımız xəstələrdə isə ölüm halları olmayıb”,
– Marneuli Səhiyyə Mərkəzindən bildirdilər.

Marneuli Xəstəliklərə Nəzarət Mərkəzindən qeyd etdilər ki, ötən həftə ilə müqayisədə koronavirusa qarşı peyvənd vurduranların sayı da azalıb. Həftə ərzində 281 nəfər peyvənd vurdurub.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər