Marneuli bələdiyyəsində son bir həftədə koronavirusa 410 yoluxma
qeydə alınıb.
Marneulinin Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzindən
bildirdilər ki, yoluxma hallarının sayı artıb. Mərkəzdən qeyd
etdilər ki, qəbul etdikləri xəstələrdə ölüm halları qeydə
alınmayıb.
“Kovid-19-a yoluxma halları hiss ediləcək dərəcədə artıb. Bizim
qeydə aldığımız xəstələrdə isə ölüm halları olmayıb”,
– Marneuli Səhiyyə Mərkəzindən bildirdilər.
Marneuli Xəstəliklərə Nəzarət Mərkəzindən qeyd etdilər ki, ötən
həftə ilə müqayisədə koronavirusa qarşı peyvənd vurduranların sayı
da azalıb. Həftə ərzində 281 nəfər peyvənd vurdurub.