Qaribaşvili Zelenskiyə: “Ukrayna vətəndaşlarının Gürcüstanın daxili işlərinə qarışması qəbuledilməzdir”
Ukrayna prezidentinin təşəbbüsü ilə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Söhbət zamanı Zelenski Ukrayna vətəndaşı, məhbus Mixeil Saakaşvilinin səhhətinin vəziyyəti ilə maraqlanıb.

Gürcüstan hökumət administrasiyasının məlumatına görə, İrakli Qaribaşvili ona bildirib ki, məhbus Saakaşvili digər məhbuslar kimi cəzaçəkmə müəssisəsində olduğu ilk gündən müşahidə altındadır və 24 saat ərzində müvafiq tibbi yardım alır.

“Gürcüstan hökumətinin başçısının sözlərinə görə, Ukrayna vətəndaşı olan Saakaşviliyə vəkilləri, ailə üzvləri, eləcə də Gürcüstan parlamentinin deputatlarına baş çəkməyə icazə veriblər və həbs olunduğu gündən bəri yüzdən çox şəxs onu ziyarət edib.

Prezident Zelenski məhbus Saakaşvilinin həbsxana xəstəxanasına köçürülməsini müzakirə edib, Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ukrayna prezidentinə məhbus Mixeil Saakaşvilinin 18-ci müəssisəyə köçürüldükdən sonra müəssisənin əməkdaşlarına müqavimət göstərdiyini, sözlü və fiziki təhqir etdiyini bildirib. Müvafiq olaraq, cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilib.

Telefon danışığı zamanı Gürcüstan hökumətinin başçısı Mixeil Saakaşvilinin qanunsuz hərəkətlərini təxribat, dağıdıcı və ölkənin sabitliyinə təhdid kimi qiymətləndirib və Ukrayna vətəndaşlarının Gürcüstanın daxili işlərinə qarışmasının qəbuledilməz olduğunu bildirib.

Gürcüstanın baş naziri həmçinin Ukrayna prezidentinə bildirib ki, axtarışda olan Saakaşvili mühakimə olunduğu və başqa ağır cinayətlərdə ittiham olunduğu halda Gürcüstan sərhədini qanunsuz keçib.

“Volodimir Zelenski mümkünlüyün nəzərdən keçirilməsini və ukraynalı həkimlərin Mixail Saakaşvilinin səhhətinin yoxlanılmasına icazə verilməsini tələb edib, İrakli Qaribaşvili isə bildirib ki, məhbus Saakaşvilinin səhhəti ilə gürcü peşəkar və yüksək ixtisaslı həkimlər məşğul olur”,
- Gürcüstan hökumət administrasiyası bildirib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər