Zura Caparidze cərimələnib, 10 tərəfdaşı isə həbs edilib
“Qirçi – daha çox azadlıq” təşkilatının lideri Zurab Caparidzenin sözlərinə görə, o, DTX-nin girişlərini bağladığına görə 200 lari cərimələnib. Bunu jurnalistlərə Caparidze deyib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 12-də İnzibati Xətalar Məcəlləsinin asayiş keşikçisinin tələbinə tabe olmamağı nəzərdə tutan 173-cü maddəsi ilə ümumilikdə 10 nəfər saxlanılıb. Caparidzeyə gəlincə, Daxili İşlər Nazirliyindən Netqazeti-yə bildiriblər ki, onun cərimələnməsi ilə bağlı məsələ dəqiqləşdirilir.

Eyni zamanda, Caparidzenin sözlərinə görə, deputat mandatı olduğu üçün onu həbs etməyiblər:

“Yolu bağladığım üçün məni 200 lari cərimə etdilər. Bundan əlavə, 173-cü maddə ilə itaətsizliklə bağlı cinayət işi açılır, amma onların heç bir əmrini eşitmədiyim üçün nəyə tabe olmadığımı bilmirəm, maşında oturmuşdum. Üstəlik, avtomobil cərimə meydançasına aparılıb və yəqin ki, oradan çıxarmaq üçün də xərclər lazım olacaq.

Məni həbs etmək mümkün olmadı, çünki iki dəfə millət vəkilliyindən imtina etməyimə baxmayaraq, bu məsələ səsverməyə çıxarılmayıb və hələ də deputatam. Mənim dostlarım da Gürcüstanın 5 şəhərində saxlanılıb",
- deyə Caparidze izah edib.

O, dayanacağa aparıldıqdan sonra avtomobildən könüllü olaraq özünün düşdüyünü bildirib.


Bu gün, noyabrın 12-də, saat 12-də Gürcüstanın 6 şəhərində “Qırçı-daha çox azadlığ”ın siyasətçiləri DTX binasının girişlərini maşınlarla bağlayıblar. Badri Qriqalaşvili Qoridə, Tbilisidə Zura Caparidze, Batumidə Temur Qorqadze, Kutaisidə İmeda Kldiaşvili, Rustavidə İrakli Kukaniya və Telavidə Torres Moss DTX binasının girişini bağlayıb.

Onların avtomobillərinin şüşələrində “2 faizlik baryerlə tam proporsional seçki sistemi”, “yazda erkən seçkilər”, həmçinin “şərh vermirəm, mətbuat xidməti ilə əlaqə saxlayın” sözləri yazılmış plakatlar olub. Partiyanın nümayəndələri həmçinin Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin mülki klinikaya köçürülməsini tələb ediblər.

“Qirçi – daha çox azadlıq” partiyasının lideri Zurab Caparidzenin fikrincə, sistem fərdi etirazlarla məğlub olacaq. Caparidze bu barədə “Qirçi TV”yə açıqlamasında deyib:

“Bu sistemi son nəticədə insanların fərdi etirazı məğlub edəcək. Mən inanıram ki, mən və hər kəs nəsə edə bilər. Əgər həqiqətən istəsən, milyonlarla şey düşünülə və edilə bilər. Mən bura gələndə mənə aydın idi ki, biz burada qalmayacağıq, amma hansısa fədakarlığa hazırlaşmalıydıq, o cümlədən bir müddət azadlığınızı itirə bilərsiniz, avtomobiliniz zədələnə bilər, cərimələnə bilərsən və s. Düşünürəm ki, buna gedə biləcək insanlar var”.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər