“Biz daha 1 000 əməkdaş götürməyə hazırıq” - "Kartli tekstil" əlavə kadrlar axtarır
“Biz daha 1 000 əməkdaş götürməyə hazırıq”, – bu barədə “Acara Tekstilin” maliyyə direktoru “Biznespressnews”-a bildirib. Söhbət bu il açılmış və “Acara Tekstilin” sayca dördüncü müəsisəi olan “Kartli tekstildən” gedir. Qia Lominadzenin sözlərinə görə, xarici tərəfdalşların çoxalmaqda olan sifarişlərinin sayı kadrlara tələbat yaradıb.

Yeni açılmış tekstildə indiki mərhələdə 1000-ə yaxın adam işlə təmin edilib. Layihənin ümumi dəyəri isə 20 milyon laridir.

“Biz davamlı şəkildə kadrlar qəbul ediirik. İstəyirik ki, müəssisələri artıraq. Hazırda “Kartli tekstildə” 1 500 adam işlə təmin olunub. Biz daha 1 000 nəfər qəbul etməyə hazırıq. Buna səbəb bizim tərəfdaşlarımız, yəni beynəlxalq brendlər tərəfindən çox sayda sifarişlərin verilməsidir. Pandemiyaya baxmayaraq, artma tendensiyası qalmaqdadır.

Ümumiyyətlə, bizim şirkətin şəbəkəsində 5 000-ə yaxın adam işlə təmin edilib və davamlı olaraq hər yerdə kadrlar artırırıq”,
- Qia Lominadze bildirib.

Şirkət illər ərzində yerli bazarda işləyən müxtəlif dərzixanalarla əməkdaşlıq edirmiş. Ancaq Qia Lominadzenin sözlərinə görə, indi artıq şirkət bütün sifarişləri özü hazırlayır.

“Hazırda bizim başqa dərzixanalarla əməkdaşlığımız yoxdur və bütün sifarişləri özümüz hazırlayırıq”, -
Qia Lominadze bildirib.

Qeyd etmək lazımdır ki, ixrac edən “Acara Tekstil” şirkəti tekstil sənayesi sahəsinə 2009-cu ildən qoşulub və bu günə qədər Batumidə, Kobuletidə, Poti və Rustavidə dörd tikiş zavodunu birləşdirir. Şirkət beynəlxalq bazarda idman məhsulları satışını həyata keçirir və Adidas, Lotto, Erima, Under Armour və s. Idman brendləri ilə əməkdaşlıq edir.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər