Həkimlər Saakaşvili ilə bağlı EU səfirliyinə müraciət edib
Həkimlər Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinə məktubla müraciət ediblər və keçmiş prezidenti Mixeil Saakaşvilinin mülki xəstəxanaya köçürülməsində kömək göstərmələrini xahiş ediblər.

Məktubda deyilir ki, Mixeil Saakaşvili üçün yüksək keyfiyyətli tibb xidmətləri əlçatan deyil, hətta həbsxana xəstəxanasında da kameradan fərqlənməyən palatada qalır.

“Misal üçün qeyd edə bilərik ki, bir neçə gün əvvəl aşkarlanan əlamətlər (qastroduodenal qanaxmaların göstəricisi olan tünd kütlələrlə qusma) tamamilə diqqətdən kənar qaldı. Bu zaman isə müayinə mütləq idi. Xəstə ezofaqo-qastroduodenoskopiyadan keçirilməyib və müvafiq olaraq, heç diaqnoz da təsdiqlənməyib. Belə biganəlikdən başqa, həbsxana xəstəxanası həkimlərin konsiliumu tərəfindən tövsiyə edilmiş standartları da qane edə bilmir. Xahiş edirik, bizə kömək edin ki, aclıq elan etmiş xəstənin hüququnun pozulması, şiddətə bərabər olan psixoloji təzyiq və zorakılıq dayandırılsın. Şəhərin yüksək texnoloji klinikasında müalicə almaq və bərpanın davam etdirilməsi üçün şərait yaradılsın ki, xəstə həyatını, sağlamlığını itirməsin”, – həkimlərin imzaladığı məktubda yazılıb. Məktuba imza atan həkimlər Qoqa Çaxunaşvili, Manana Cebaşvili, Nino Xatiaşvili, Manana Kvartsxava, Vato Surquladzedir.

Gürcüstanın keçmiç prezidenti Mixeil Saakaşvili 48-ci gündür aclıq elan edib.

O, mülki xəstəxanaya keçiriləcəyi halda aclığı dayandırmağa hazırdır. Həkmlərin çağırışına baxmayaraq, hakimiyyət hələ də Saakaşvilinin mülki klinikaya köçürülməsindən imtina edir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər