Gürcüstanın Xalq Müdafiəçi tərəfindən yaradılmış
multidissiplinar ekspertlər qrupu konsensus əsasında Mixeil
Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı hesabat
hazırlayıb.
İctimai müdafiəçi Nino Lomcariyanın sözlərinə görə, hesabat iki
hissədən ibarətdir: birincisi, ictimai hissə sağlamlıq vəziyyəti və
tövsiyələrə aiddir, ikinci hissə isə qapalı olan və yalnız müvafiq
orqana bildiriləcək klinik müayinənin nəticələridir.
Nəticənin məzmununu jurnalistlərə həkim Qiorqi Qriqolia təqdim
edib. O, bildirib ki, türmə xəstəxanası Gürcüstanın eks-prezidenti
Mixeil Saakaşvilinin müalicəsi üçün tələb olunan şərtlərə cavab
vermir. Həkimlər Saakaşvilini ziyarət edib və diaqnostika
aparıb.
“Saakaşvilinin vəziyyəti kritikdir. Diaqonoza əsasən
getdikcə vəziyyəti daha da pisləşəcək və nəticədə epilepsiya, koma,
mədə qanaxması və s. fəsadlar müşahidə oluna
bilər”.