Qızılgül İnqilabının 18-ci ildönümündə canlı zəncir aksiyası keçiriləcək
Sabah, noyabrın 23-də Tbilisidə Qızılgül İnqilabının ildönümü ilə əlaqədar Respublika Meydanından Azadlıq Meydanına qədər canlı zəncir aksiyası keçiriləcək.

Sosial şəbəkədə müvafiq Facebook iventini Nanuka Jorjoliani yaradıb:

“2003-cü il noyabrın 23-dən sonra Gürcüstan korrupsiyasız ölkəyə çevrildi. Gənclərə “düzəltmə” olmadan ali təhsil almaq imkanı verildi. Dondurulmuş və təqaüdlər paylandı, artırıldı, rus "QAİ"si əvəzinə patrul polisi yarandı, ac ordu əvəzinə təlim keçmiş ordu, cinayət əvəzinə-nizam-intizam, qaranlıq əvəzinə yenidənqurma, Aslansız Acarıstan, fəaliyyətsizlik əvəzinə islahatlar və, ən əsası Rusiya əvəzinə Qərbi qazandıq.

18 ildən sonra Qızılgül İnqilabının əsas ideal və prinsiplərinə sadiq qalanların hamısı Azadlıq Meydanından Gül (Respublika) Meydanına kimi canlı bir zəncirdə toplaşacaqlar”,
- deyə tədbirin təsvirində qeyd olunur.

İnsanlar 2003-cü il noyabrın 2-də keçirilmiş seçkilərin nəticələrinə etiraz etmək üçün küçələrə axışıblar. Noyabrın 23-də keçirilən etiraz aksiyaları prezident Eduard Şevardnadzenin istefası və hakimiyyət dəyişikliyi ilə müşayiət olunub.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google