Dəyişikliklərin lideri bu gün həbsdədir, amma uzun müddət orda qalmayacaq - Melia
Qızılgül İnqilabının 18-ci ildönümü münasibətilə VMH-ın sədri Nika Melia yazı dərc edərək bildirib ki, dəyişikliklərin lideri Mixeil Saakaşvili bu gün həbsdədir və bu, uzun sürməyəcək.

“2003-cü ilin Müqəddəs Qiorqi günündə Gürcüstan gücünü toplayıb öz taleyinin çarxını fırlamağa başladı, ölkə inkişaf yoluna qədəm qoydu!

Korrupsiyasız Gürcüstan; Fasiləsiz ali təhsil; İşıqlandırılmış ölkə və cədvəl; Dondurulmuş pensiya əvəzinə artırılmış pensiya; “QAİ” əvəzinə patrul; Rusiya əvəzinə Qərb; Ac bir ordu yerinə təlim keçmiş ordu; Cinayət əvəzinə qayda-qanun; Fəaliyyətsizlik əvəzinə islahatlar; Aslan Abaşidze əvəzinə Acarıstanda yenidənqurma; Ümidsizlik əvəzinə perspektiv! Və bir çox şeylər! – o, bütün bunları mümkün etdi!

Heç kim tarixi saxtalaşdıra bilməz. Bu dəyişikliklərin lideri Mixeil Saakaşvili bu gün həbsdədir, amma uzun müddət belə sürməyəcək! Gürcüstan yenidən güc toplayıb irəli gedəcək, mən buna sona qədər inanıram!”,
– deyə Melia sosial şəbəkədə yazıb.
Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər