Biz dekabrda böyük bir milli mitinqə hazırlaşmalıyıq - Saakaşvili
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili məktub dərc edib. O, dünənki məktubuna əlavə izahat verib.

“Dünənki yazıma gəlincə - ümid edirəm ki, yaxın günlərdə mənim azadlığımla bağlı ictimai komitə yaradılacaq. Eyni zamanda, Vahid Milli Hərəkatın bundan sonra da eyni güclə bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini də səbirsizliklə gözləyirəm. Digər partiyalara və ayrı-ayrı şəxslərə fəallıqlarına görə minnətdaram və bu, istər-istəməz geniş ictimaiyyətin fəallıq dalğasına səbəb olacaq.

Sizi çoxlu müxtəlif mitinqlər keçirməyə səsləyirəm və dekabrda bir böyük milli mitinqə hazırlaşmalıyıq.

29-a təyin edilmiş “məhkəmə” günü isə xahiş edirəm, məhkəmə qarşısına toplaşasınız. Bu, son iki ayda birbaşa müraciət üçün ilk fürsət olacaq. Biz hamımız bilirik ki, məhkəmə qondarmadır, lakin biz ondan görüş yerimiz kimi istifadə edə bilərik",
- deyə Mixeil Saakaşvili yazıb.

Dünən Mixail Saakaşvili Qori Hərbi Hospitalından məktub göndərib və orada yazıb ki, təşəbbüs qrupunun onun azadlığa buraxılması kampaniyası üzərində işləməsi çox yaxşı olar və bu, bir tərəfdən, müxalifətin ümumi siyasi xəttini nəzərə alacaq və digər tərəfdən, hazırkı kampaniyanı koordinasiya edəcək.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər