Marneulili atalar və uşaqlar üçün uşaq kitablarının təqdimatı baş tutub
Marneulili atalar üçün “kişilər qayğı göstərir” kampaniyası çərçivəsində yaradılmış “Luna və atəşböcəklər planeti” və “Lili üçün layla” uşaq nəşrlərinin təqdimatı keçirilib.

Nəşrlər BMT-nin Əhali Fondunun (UNFPA) Gürcüstan ofisinin təşəbbüsü və Avropa Birliyinin dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunub. Kitabları “Palitra L” nəşriyyatı çıxarıb.

“Bu iki sehrli uşaq kitabı çox məşhur müəlliflər tərəfindən yazılıb. Biri Aleksandre Lortkipanidzenin, digəri isə Dato Qorqiladzenindir. Bu təsadüfi deyil. Çünki hər iki müəllif böyük, “kişilər qayğı göstərir” kampaniyasının çox fəal iştirakçısı və dəstəkçisidirlər. Bu kampaniya ataların daha çox ailə işlərinə, uşaqların formalaşmasına, böyüməsi prosesinə qoşulması üçündür. Çünki ataların uşaqların həyatına qoşulduğu ailələrdə münasibətlər daha harmoniyalıdır və uşaqlar daha xoşbəxt, psixoloji baxımdan daha balanslı şəkildə böyüyürlər. Ona görə də valideynlərin və uşaqların mütaliə etməsi üçün belə kitablar çox yaxşıdır və o məhz belə münasibətləri təşviq edir”, – BMT-nin Əhali Fondunun Gürcüstan ofisinin rəhbəri Lela Bakradze bildirdi.

Hər iki nəşrin təqdimatı Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzi ilə əməkdaşlıqla, Marneuli İctimai Kitabxanasında keçirilib. Uşaq kitablarının təqdimatında Marneulili uşaqlar və onların ataları iştirak edib. Marneulili Davit Boçoidze iki azyaşlı uşaq atasıdır. O, hesab edir ki, ataların uşaqların həyatına qoşulması çox mühümdür.

“Belə aktivliklər, əlbəttə, çox mühümdür. Bizim məişətimizdə və bugünkü həyatımızda çox ehtiyaclar var. Gündəlik əmək və fəaliyyətə görə, ola bilsin çox adam ataların övladın böyümə prosesinə qoşulmasının mühümlüyü barədə heç düşünmür də. Əgər hamıya, bütün atalara övladla yaxınlığın nə dərəcədə mühüm olması barədə məlumat verilərsə, düşünürəm ki, bu onları daha çox yaxınlaşdırar. Başa düşəcəklər ki, övladların təlim-tərbiyəsi və onların həyatına qoşulmaq hər şeydən üstündür. Bunun üçün başqa işləri təxirə də salmaq olar”, – Davit Boçoidze bildirdi.

Müəlliflər kitab təqdimatına getmiş uşaqlara özləri kitab oxudurlar. “Luna və atəşböcəklər planeti”-nin müəllifi yazıçı Dato Qorqiladzedir.

“Kitabım barədə deyim ki, bu ataların, övladların və anaların birlikdə oxuyacağı kitabdır. Bu uşaqlar üçündür və ailədə harmoniyalı yaşam, işlərə və həmçinin, uşaqların təlim-tərbiyəsinə ataların da bərabər qoşulmasını diqqətə yetirir. Bu çox mühüm məsələdir. Əksər hallarda bizim ölkədə hesab edirlər ki, uşağın təlim-tərbiyə prosesində ata və anaların rolu fərqlidir. Bu mətn diqqətə yetirir ki, həqiqətən bu belə deyil. Ananın bez dəyişməkdən başlamış, uşağı yedizdirməyə qədər etdiklərini ata da edə bilər. Ya da birlikdə kitab oxuya bilərlər”, – Dato Qorqiladze bildirib.

Bugünkü tədbirdə uşaqlar və atalar vorkşopda iştirak edib. Vorkşop illüstrator Tatia Nadareişvili hazırlayıb. Nadareişvili eyni zamanda “Luna və atəşböcəklər planeti”–nin illüstratorudur.

Uşaq kitablarını almaq istəyənlər kitab mağazalarına müraciət edə bilər. Nəşrlər Marneuli İcitmai Kitabxanasında da gürcü və Azərbaycan dilində əlçatan olacaq.

Print Email
FaceBook Twitter Google