2021-ci ilin noyabr ayında əvvəlki ayla müqayisədə yaşayış minimumu
0,5 lari azalıb.
Milli Statistika İdarəsinin məlumatına görə, ötən ay əmək
qabiliyyətli yaşda olan kişilər üçün yaşayış minimumu 223,7 lari
olduğu halda, 2021-ci ilin oktyabr ayında bu rəqəm 224,2 lari
olub.
2020-ci ilin eyni dövrü ilə müqayisədə noyabr ayında əmək
qabiliyyətli kişilər üçün yaşayış minimumu 34,2 lari artıb. Ötən
ilin noyabrında yaşayış minimumu 189,5 lari olub.
Eyni zamanda, Milli Statistika İdarəsinin məlumatına görə, noyabrda
oktyabr ayı ilə müqayisədə orta istehlakçının yaşayış minimumu 0,4
lari azalaraq 198,5 lari əvəzinə 198,1 lari olub. 2020-ci ilin eyni
dövrünə gəlincə, ötən ilin noyabr ayında orta istehlakçının yaşayış
minimumu 167,9 lari olub.
Məlumat üçün qeyd edək ki, yaşayış minimumu minimum ərzaq səbəti
əsasında müəyyən edilir. Minimum ərzaq səbəti əmək qabiliyyətinə
malik olan kişinin normal həyatı və əmək qabiliyyəti üçün fizioloji
cəhətdən zəruri olan qidanın miqdarını, onun tərkib elementlərinin
(zülallar, yağlar və karbohidratlar) minimum miqdarını ehtiva edən
qida məhsullarının müəyyən edilmiş normativ səbətidir.