16 dekabr tarixinə olan ulduz falı. Bu gün bürclər nələr vəd edir.
Qoç - günün ilk yarısı məhsuldar keçəcək. Səfər və ya ezamiyyət
uğurlu alınacaq. Təşəbbüskar olun, məsuliyyət tələb edən qərarlarda
vasvasılıq etməyin. Emosiyaların asanlıqla nəzarətdən çıxdığını
unutmayın. Günün ikinci yarısında peşəkar müstəvidəki
fəaliyyətinizi aktivləşdirin. Yaxınlarınız sizi mübahisələrə cəlb
edəcəklər. Onlar kiminsə tərəfini tutmağınızı istəyirlər. Belə
fellərə uymayın. İncikliyi unudun, ötənlərin yükündən qurtulun.
Axşam saatlarında dostlar qəflətən qonaq gələ bilərlər.
Buğa - kiçik problemlər və uyarsızlıqlar sizi uzaqlara yollanmağa,
tənha qalmağa vadar etməsin. Bəzi adamların yaramaz hərəkətləri ilə
qarşılaşanda hamıdan və hər kəsdən narazı qaldığınızı göstərməyə
dəyməz. Günün ikinci yarısında yaxınlarınızla ünsiyyətdə
çətinliklər yarana bilər. Münasibətləri yalnız səmimi söhbət,
müzakirə, əməkdaşlıq cəhdləri yaxşılaşdıra bilər. Axşam saatlarında
ailə üzvlərindən birinin problemlərini həll etmək gərəkdir.
Çətinlikləri aradan qaldırın.
Əkizlər - cari məsələlərin həlli və qayğıların çözülməsi aktiv
fəaliyyət tələb edir. Ən adi məsələlərdə müşkül durum yarana bilər.
Təmkinli olun, soyuqqanlı davranın. Bələd olmadığınız insanla
söhbətdə emosional fərd təsiri bağışlamayın. Günün ikinci yarısında
ailə qayğıları əlavə zaman və qüvvə tələb edir. Axşam saatlarını
evdən kənarda, dostlar və yaxınlarınızla keçirin. Romantik şam
yeməyi sizdə məmnunluq hissi yaratmayacaq. İllüziyalara
qapılmayın.
Xərçəng - çoxsaylı imkanlara və cazibədar şanslara rəğmən bir işi
seçin. Bütün diqqəti həmin işin başa çatdırılmasına, effektiv
görülməsinə yönəldin. Diqqətli olun. Adi günlərdə səbrinizin
çatmayacağı mürəkkəb, intellektual prosesi tamamlandırın. Günün
ikinci yarısında yaşamdakı situasiyalarla bağlı yaxınlarınızın
mövqeləri fərqli ola bilər. Bu səbəbdən də haqlı olduğunuzu hər
vəchlə sübuta yetirməyə çalışmayın. Belə davranış gərəksiz
qarşıdurmalara və ruhi müvazinətin pozulmasına səbəb ola bilər.
Şir - düşünülmüş, səbatlı qərarların reallaşdırılması üçün yaxşı
zamandır. İşlərdə ləngimələr və gecikmələr ola bilər. Gəlirlərdə
azalma müşahidə olunacaq. Enerji və həddən artıq vaxt tələb edən
layihəyə başlamaq üçün münasib zaman deyil. Ticarət, kommersiya,
sahibkarlıq müstəvilərində sayıq olun. Günün ikinci yarısında
mənasız və səbəbsiz inadkarlıq münasibətlərdə problemlər yarada
bilər. Ən yaxın bildiyiniz insandan laqeyd, başdansovdu cavablar
eşidəndə sinirlənə bilərsiniz. Halbuki, dediklərinizi normal
kəlmələr sanırsınız.
Qız - yaşam ritmini köklü şəyildə dəyişməyin. Mütləq şəkildə uğur
əldə etmək üçün sizə xas olmayan hərəkətlər etməyin. Özünüzə sadiq
qalın, amma mümkün problemi qulaqardına vurmayın. Yaxşı hazırlaşın,
yalnız düşünülmüş qərarlar verin. Yaşam arealında qayda yaradın,
diqqətinizi cəmləyin. Günün ikinci yarısında sərvaxt davranın. Bu
gün ailə qayğılarını yaxınlarınıza həvalə edə bilməyəcəksiniz.
Məişət problemini özünüz həll edin. Qətiyyətli olun, təmkinli və
əzmli davranın.
Tərəzi - danışıqlar və müzakirələr aparmaq üçün yaxşı zamandır.
Planlarınız barədə addımbaşı danışmayın. Bununla belə, etibarlı
yardımçı və köməkçi aramalısınız. Planları dəyişməyin. Görüləsi
işlərin siyahısını hazırlayın, həmin siyahıya bənd-bənd riayət
edin. Günün ikinci yarısında diqqətli olun. Önəmli məqamları
nəzərdən qaçırmayın. Yaxın perspektivə hesablanmış işlərdə
yaxınlarınız sizi dəstəkləyəcəklər. Yaşam arealında təmir və
rekonstruksiya aparmaq olar. Axşam saatlarını sakit keçirməyə
çalışın. Romantikaya ifrat aludə olmayın.
Əqrəb - maliyyə hesabatları və işgüzar danışıqlar üçün yaxşı
zamandır. Səhiyyə sahəsində çalışırsınızsa, işləriniz lap əla
olacaq. Məhkəmə-hüquq problemlərini həll etmək, iddialara cavab
vermək olar. Uzunmüddətli istifadə üçün texnikanın alışını
ertələyin. Günün ikinci yarısnıda bədxərclik etməyin.
Yaxınlarınızla münasibətləriniz arxa plana keçəcək. Sevdiyiniz
insanın soyuqqanlı davranışından inciməyin, nədənsə şübhələnməyin.
Hər şey qarşılıqlıdır. Bunu unutmayın.
Oxatan - bəzi məsələlər dəqiqlik, müəyyənlik tələb edir.
Başladığınız işi yaxşı yerinə yetirmək üçün nə etməli olduğunuzu
tam anlamalısınız. Sual verməkdən, nə isə soruşmaqdan çəkinməyin.
Detallarla təfərrüatları qulaqardına vurmayın. Günün ikinci
yarısında problemlərin həllinə diqqətli yanaşma peşəkar olduğunuzu
göstərəcək. Şəxsi münasibətlərdə də prinsiplərinizə sadiq olun.
Sevdiyiniz insanla təmaslarda mümkün qədər həssas, anlamlı olun.
Axşam saatları romantik hisslər vəd edir.
Oğlaq - tədqiqat, elm və ya səhiyyə sahəsində çalışırsınızsa,
uğurlu situasiyadan yararlanmağa cəhd göstərin. Addım atmaq və ya
qərar verməzdən əvvəl yaxşıca düşünün. Səlis, dəqiq qərarlar verin.
Qeyri-formal müzakirələr üçün yaxşı zamandır. Günün ikinci
yarısında sizdən məsləhət, yaxınlarınızdan birinin problemlərinin
həllində fəal iştirak tələb olunacaq. Kimsədən nə isə uymayın,
istəməyin. Sevdiyiniz insandan adekvat cavab almaq asan deyil. Ailə
ilə bağlı vədlərinizi unutsanız, yaxınlarınız kəskin
narazılıqlarını bildirəcəklər.
Dolça - məsuliyyətsiz davranış və düşünülmədən deyilən sözlər yaxın
ətrafınızdakı insanlarla münasibətlərinizi gərə bilər. O insanlar
dediklərini unutmayacaqlar. Uğura kor-koranə şəkildə bel
bağlamayın. Rasional olun. Problemlərin həllinə konstruktiv
yanaşın. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların
problemlərinin həllinə ifrat vaxt ayırmayın. Axşam saatlarında
əyləncəyə yollanmaq olar. Səhhətinizə fikir verin. Enerji
potensialı səviyyəsinin aşağı düşməsi əhvalınıza təsir edəcək.
Balıqlar - uzunmüddətli işə və ya layihəyə başlamaq üçün çox
əlverişli zamandır. Xərcləri nizama salın. Təşkilati və istehsalat
məsələlərini həll edin. İşdə rəhbərliklə ünsiyyətdə hiyləgərlik
etməyin. Karyeranızın asılı olduğu insanla səmimi danışın. Günün
ikinci yarısında etibar etdiyiniz insanla problemləri müzakirə
etsəniz, anlayışla qarşılanacaqsınız. Gündəlik işləri və təsərrüfat
qayğılarını dəyər verdiyiniz insanla çözməyə çalışın. Ailə üzvləri
ilə səmimi olun.