Qardabanidə silahlı insidentə görə saxlanılanlar var
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Qardabani bələdiyyəsində qəsdən adam öldürməyə cəhdlə bağlı 3 nəfər - 1995-ci il təvəllüdlü F.Ə., 1998-ci il təvəllüdlü E.M və 2001-ci il təvəllüdlü K.O. saxlanılıb.

Daxili İşlər Nazirliyindən report.ge-yə verilən məlumata görə, F.Ə. və K.O. ağırlaşdırıcı şəraitdə qrup halında qəsdən adam öldürməyə cəhdə görə həbs edilib.

“İstintaq müəyyən edib ki, saxlanılan şəxslər Qardabani bələdiyyəsinin Qaratəhliə kəndində əvvəllər yaranmış münaqişə zəminində tanışı 1984-cü il təvəllüdlü R.Z. ilə mübahisə edib, bundan sonra avtomobildə olan təqsirləndirilən şəxslərdən biri F.Ə. sonuncunun E.A. ilə birlikdə avtomat tüfəngdən R.Z-nin idarə etdiyi avtomobilinə bir neçə dəfə atəş açaraq, həmin şəxsə həyati təhlükəsi olan yaralar vuraraq cinayət ortaqları ilə birlikdə hadisə yerindən qaçıb. R.Z. tibb müəssisəsinə yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxs ertəsi gün saxlanılıb.

Ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə şəraiti ilə qrup halında törədilmiş qəsdən adam öldürməyə cəhd faktı üzrə istintaq aparılır”,
- Daxili İşlər Nazirliyi bildirib.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər