Fransada iki gürcü kərə yağı və digər məhsulları oğurlamaqda ittiham edilərək saxlanılıb – mətbuat
Yerli KİV-in məlumatına görə, Fransanın qərbində yerləşən Drom departamentində iki gürcü mağazadan məhsul oğurlamaqda ittiham olunaraq həbs edilib.

“Le Dauphiné libéré” qəzetinin yazdığına görə, iki şəxs 80 qutu yağ, 32 ədəd idman ayaqqabısı, 12 kinder, 6 baunti və bir neçə tviks oğurlamaqda ittiham olunur. Onlar yanvarın 15-də öz avtomobillərində həbs ediliblər.

Material müəllifinin fikrincə, zahirən bu gülünc doğuran hərəkət “daha mürəkkəb təşkilat, 2018-ci ildən regionu narahat edən gürcü mafiyasının yaxşı təşkil olunmuş şəbəkəsi” - “qanuni oğrular” məsələsi ilə bağlı ola bilər.

Nəşr qeyd edir ki, yanvarın əvvəlində üç gürcü analoji cinayətə görə artıq həbs cəzasına məhkum edilib: “Onların hərəkətlərinə nəzarət [sistemindən] yan keçmək və supermarketlərdən və ya mağazalardan az miqdarda məhsul oğurlamaq cəhdləri daxildir”.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər