Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur
Nazirliyinin Yol Departamenti məlumat yayıb.
Onların sözlərinə görə, qar fırtınası və görmə məsafəsinin aşağı
olması səbəbindən respublika əhəmiyyətli yolun -
Koda-Partsxisi-Maqlisi-Tsalka-Ninotsminda 94-110 km (Pərvanə
aşırımı) yolu hissəsində, yarımqoşqu və 30-dan çox yeri olan
nəqliyyat vasitəsinin hərəkəti qadağan edilib, digər nəqliyyat
vasitələrinin hərəkəti isə sərbəstdir.
Gürcüstan Yollar Departamentinin məlumatına görə, yolun digər
hissələrində nəqliyyatın hərəkəti sərbəstdir.