Marneulidə 4 uşaq bağçası koronavirusa yoluxma halları səbəbindən bağlanıb
Bu gün, yanvarın 28-də Marneulidə iki uşaq bağçası və xüsusi qayğıya ehtiyacı olan bir qrup uşaq bağlanıb. "Marneuli" Radiosuna danışan Marneuli Uşaq Bağçaları Birliyinin direktor müavini Soso İmnadze bildirib ki, Saimerlo və Tsereteli kəndlərindəki uşaq bağçaları koronavirusa görə bağlanıb.

“Bu günə olan məlumata görə, uşaq bağçalarının 13 əməkdaşında koronavirus aşkarlanıb. Ümumilikdə dörd bağçamız və bir məhdud fiziki imkanlı şəxslər qrupumuz bağlanıb. Bu gün isə Saimerlo və Tseretelidə iki bağça bağlandı."

Koronavirus təsdiqləndiyi halda, yeni qaydaya əsasən uşaq bağçaları 8 gün müddətinə bağlanacaq. Tamarisi kəndindəki uşaq bağçasının açılışı çərşənbə gününə nəzərdə tutulub, 3 saylı uşaq bağçası isə artıq üç gündür ki, bağlanıb. Koronavirusun baxıcıda təsdiqləndiyi 4 saylı ictimai məktəbdəki məktəbəqədər hazırlıq qrupu da bu mərhələdə işləmir.

Gürcüstanda son 24 saat ərzində 17 066 təsdiqlənmiş koronavirus hadisəsi aşkar edilib. Son 24 saat ərzində 5397 nəfər sağalıb, 30 nəfər dünyasını dəyişib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər