Bu gün, yanvarın 28-də Marneulidə iki uşaq bağçası və xüsusi
qayğıya ehtiyacı olan bir qrup uşaq bağlanıb.
"Marneuli" Radiosuna danışan Marneuli Uşaq Bağçaları Birliyinin
direktor müavini Soso İmnadze bildirib ki, Saimerlo və Tsereteli
kəndlərindəki uşaq bağçaları koronavirusa görə bağlanıb.
“Bu günə olan məlumata görə, uşaq bağçalarının 13
əməkdaşında koronavirus aşkarlanıb. Ümumilikdə dörd bağçamız və bir
məhdud fiziki imkanlı şəxslər qrupumuz bağlanıb. Bu gün isə
Saimerlo və Tseretelidə iki bağça bağlandı."
Koronavirus təsdiqləndiyi halda, yeni qaydaya əsasən uşaq bağçaları
8 gün müddətinə bağlanacaq. Tamarisi kəndindəki uşaq bağçasının
açılışı çərşənbə gününə nəzərdə tutulub, 3 saylı uşaq bağçası isə
artıq üç gündür ki, bağlanıb. Koronavirusun baxıcıda təsdiqləndiyi
4 saylı ictimai məktəbdəki məktəbəqədər hazırlıq qrupu da bu
mərhələdə işləmir.
Gürcüstanda son 24 saat ərzində 17 066 təsdiqlənmiş koronavirus
hadisəsi aşkar edilib. Son 24 saat ərzində 5397 nəfər sağalıb, 30
nəfər dünyasını dəyişib.