Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri olaraq Levan Davitaşvili təyin olunub
Nazirlər Kabinetində dəyişikliklər var. İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava istefa verib. Onu kənd təsərrüfatı naziri Levan Davitaşvili əvəz edəcək.

Baş nazir İrakli Qaribaşvilinin özü hökumət administrasiyasında keçirilən brifinqdə Nazirlər Kabinetində dəyişikliklər barədə danışıb.

Xatırladaq ki, Natia Turnava 2019-cu il aprelin 18-dən iqtisadiyyat və davamlı inkişaf naziri,Levan Davitaşvili isə indiyədək kənd təsərrüfatı naziri olub. O, hansı vəzifədə olmağından asılı olmayaraq, eyni zamanda baş nazirin müavini vəzifəsini qoruyub saxlayır.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər