Nazirə birmənalı, arqumentsiz, hərəkət etmək imkanı verilir – Dmanisi teatrının keçmiş rəhbəri baş tutmamış müsabiqə barədə
Gürcüstanın mədəniyyət naziri Tea Tsulukiani Dmanisi teatrının bədii rəhbəri vəzifəsinə elan edilmiş müsabiqəni ləğv edib və rəhbər olaraq birbaşa qayda ilə Qiorqi Sixarulidzeni təyin edib.

Dmnaisi teatrının bədii rəhbəri vəzifəsinə müsabiqə 2021-ci ilin 30 dekabr tarixində elan edilib. Müsabiqədə iştirak etmək üçün yalnız bir nəfər, teatrın keçmiç bədii rəhbəri, Laşa Çxvimiani müraciət göndərib. Ancaq nazir müsabiqəni dünən, 8 fevral tarixində ləğv edib, Çxvimianinin yerinə isə Mixeil Tumanişvili adına kino aktyorluq peşəkar dövlət teatrının keçmiş bədii rəhbərini təyin edib.

Teatrın keçmiş bədii rəhbəri Laşa Çxvimiani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, yeni təyin olunmuş bədii rəhbər, belə təcrübəli şəxs Dmanisi teatrına bədii rəhbər olmağı özü istəsə, müsabiqədə iştirak etsə və müsabiqə nəticəsində təyin olunsa daha yaxşı olardı. Ancaq bu halda hesab edir ki, hadisələr ədalətsiz və vicdansız şəkildə baş verib.

“Müsabiqədə iştirak edəndə bilirsən ki, başqası da qalib gələ bilər və mən mənəvi baxımdan onu qarşılamağa, sevinclə, sevgi ilə Dmanisili əhalinin xidmətini ona təhvil verməyə hazır idim. Ancaq belə olduğu halda ona da hörmət edə bilmərəm. Bu qədər təcrübəsi olan adam düşünməli idi ki, mən də müsabiqədə iştirak edim, düzdür, heç vaxt Dmanisi teatrına bədii rəhbər olmağı düşünməmişəm, nə də yuxuda görməmişəm, ancaq yenə də müsabiqədə iştirak edəcəyəm. Necəsə məsələni örtərdilər, xeyr, belə vicdansız şəkildə müsabiqəni ləğv etdilər. Həm də bunu elə qələmə verirlər sanki heç nə baş verməyib. Məhz buna görə, maksimum dərəcədə narahatçılıq yaratmaq və maksimum dərəcədə bütün vasitələrlə səsləndirmək istəyirəm. Tamamilə ümidsizəm, mən bununla nəyəsə nail olmağa ümid etmirəm, sadəcə bununla az da olsa narahatçılıq yaratmaq istəyirəm.”

Nazirliyin elan etdiyi müsabiqədə iştirak etmək istəyənlər teatrın inkişafı ilə bağlı 4 illik plan təqdim etməli idilər. Ancaq əgər namizəd fəaliyyət göstərən bədii rəhbər olardısa, o, son 4 ilin hesabatını da təqdim edə bilərmiş. Çxvimiani bildirib ki, o, müsabiqədə iştirak etmək üçün təfərrüatlı şəkildə yazılmış fəaliyyət planı və hesabat təqdim edib. Ancaq yenə də onun namizədliyini bloka salıblar.

“Siyasi maraqlara gəldikdə isə, mən başa düşürəm ki, bizim nazir təəssüf olsun konkret partiya ilə assosiasiya olunur. Biz onun hər bir addımına şübhə ilə baxa bilərik ki, bunu hansısa siyasi əlamətləmi edir. Ancaq mən ümumiyyətlə hansısa partiyanı dəstəkləmirəm ki, belə maraqları olsun. Daha artıq, mən utanaraq deyirəm ki, müsabiqə iştirakçısı olaraq, baxmayaraq ətrafımda çox ədalətsizlik baş verirdi yenə də susurdum. Şünki prinsipial qərarım var idi və imtina etdikləri halda hesab edəcəkdim ki, həmin tənqidi fəaliyyətimə görə məni bloka salıblat. Ancaq bu da istisnadır, çünki mən prinsipli şəkildə fəaliyyətdən çəkinirdim və hesab edirdim ki, o zaman olan planlarım daha əhəmiyyətli idi. Mənim baxışlarımı dəstələsələr mənim üçün qəbul idi. Ancaq bir halda ki, dəstəkləmədilər və planımın həyata keçirilməsini məqsədli hesab etmədilər, o zaman nazirliyin nəyi əks etdirdiyini başa düşdüm.”

Dmanisi teatrının bədii rəhbəri vəzifəsinə elan edilmiş müsabiqə 8 fevral tarixində ləğv olunub və həmin gün yeni bədii rəhbər təyin olunub. Yeni bədii rəhbər nazirliyə, Dmanisi teatrının inkişafı üçün 4 illik fəaliyyət planı təqdim etməyib. Çünki ona təyin edilmə sərəncamından irəli gələrək qeyd olunan sənədi təqdim etmək üçün 1 aprelə qədər vaxt verilib. Mədəniyyət Nazirliyi 8 fevral tarixində yeni bədii rəhbərin təyin olunması ilə bağlı məlumat yayımlayıb. Ancaq məlumatda müsabiqənin niyə pozulması açıqlanmayıb.

“Dmanisi teatrının bədii rəhbəri seçilən zaman nazirlik nəzərə alıb ki. teatrın daimi bərpa üçün ayrılmış binası, daim fəaliyyət göstərən truppası və texniki personalı yoxdur. Təbii ki, qeyd olunmuş problemlərin həlli dövlət tərəfindən teatra əlavə investisiya ayrılmasını nəzərdə tutur. Teatrın sonrakı inkişafı üçün həmin ivestisiyadan məqsədli istifadə etmək mühümdür. Belə problemlər və çatışmzlıqlar şəraitində, ehtimal olunan risklərin maksimum azaldılması mqəsədi ilə nazirlik hesab edib ki, Dmanisi teatrına incəsənət, eləcə də büdcə təşkilatının idarəsi işində daha təcrübəli şəxs rəhbərlik etsin. Belə namizəd olaraq isə rejissor Qiorqi Sixarulidze hesab olunub. Qeyd etdiyimiz kimi iki, ən zəngin yaradıcılıq ənənəsinin, geniş miqyaslı incəsənət təşkilatının uzunillik idarəetmə təcrübəsinə malikdir”-
nazirliyin bəyanatında qeyd olunub.

Laşa Çxvimiani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirid ki, nazirin müsabiqəni niyə ləğv etməsi ona aydın deyil.

“Bu gün, mənim əsas sualım da məhz budur ki, niyə baş verdi. Bu suala cavab almaq üçün heç bir berketim yoxdur. Çünki bir neçə ay əvvəl nazir müsabiqə qaydası maddəsini təsdiqlədi və bu qayda tamamilə onlara uyğundur. Əgər indiyə kimi daxil olan bütün ərzirələri peşəkarlar, teatrşünaslar müzakirə edirdi, sonra təyin olunmaq üçün seçilmiş namizədi nazirə təqdim edirdilər və nazir təyin edirdi. Nazir xanım elə dəyişiklik qəbul edib ki, ilk növbədə özü həmin namizədləri müzakirə etməlidir. Daha sonra şuraya minimum iki maksimum üç namizəd təqdim etməlidir. Sonra isə şura birini seçməli, nazirə qaytarmalı və nazir təsdiq etməlidir. Nazirin hansı meyarlarla bələdçilik etdiyi yazılmayıb. Nazirin qanunvericiliklə hüququ var ki, namizəd meyarları qane etmirsə müsabiqə ümumiyyətlə ləğv edilsin. Həmin meyarlar isə havadan asılı qalmış sözdür və qeyd var ki, nazir onun təyin edilməsini məqsədyönlü hesab etmir. Həmin “məqsədyönlülük” havadan asılı qalmış ifadədir ki, nazirə birməanlı şəkildə, arqumentsiz fəaliyyət göstərmək imkanı verir."


Laşa Çxvimianin bildirdi ki, qanuna əsasən proses ədalətli keçib. Çünki nazir qanunu öz maraqların uyğunlaşdırırb. Baxmayaraq ki, o, ədalətli şəkildə davanı davam etdirməyin mənasız olduğunu görür, o, bildirir ki, nazirliyiə diskomfort yaratmağa mütlə cəhd göstərəcək ki, strukturun daxilindəki sistematik səhvləri ictimailəşdirsin.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər