İtaətkar dini şəxsə zorakılıq tətbiq edən şəxs polis tərəfindən saxlanılıb
Polis Tbilisi dənizi yaxınlığındakı binaların birində itaətkar dini şəxsə qarşı zorakılıq edən şəxsi saxlayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin Tbilisi İstintaq Baş İdarəsinin əməkdaşları aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü V.Q. saxlanılıb.

"O, zorakılığı təqibdə, habelə şəxsi həyatın sirrini qanunsuz əldə etməkdə və sosial şəbəkələrdə yaymaqda ittiham olunur.

İstintaq müəyyən edib ki, V.Q bu il fevralın 18-də Tbilisi dənizi yaxınlığındakı binalardan birində R.M.-yə fiziki təzyiq göstərib.

Zorakılığın görüntüləri daha sonra “Facebook” sosial şəbəkəsində yayılıb”,
- Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Gürcüstan Cinayət Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinin A bəndi, 157-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə zorakılıq yolu ilə həyata keçirilən təqib, o cümlədən şəxsi həyatın sirrinin qanunsuz əldə edilməsi və sosial şəbəkələr vasitəsilə yayılması faktı araşdırılır.

Xatırladaq ki, ötən gün sosial şəbəkədə itaətkar dini şəxslərin qarşıdurmasının videosu yayılıb. Gürcüstan Patriarxlığının məlumatına görə, sosial şəbəkədə yayılan rahiblər arasında qarşıdurmanın videogörüntülərində rahib kimi təqdim olunan şəxslərin heç biri rahib deyil və onlar itaətkardırlar. Gürcüstan Patriarxlığı qeyd edir ki, kilsə adına törədilən bu cür hərəkətlər qətiyyən yolverilməzdir, xristianlığa zidd və əxlaqsızdır.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər