Vladimir Zelenski Putinə - öz rusdilli xalqını qorumaq üçün dünyaya deyil evinə get, öz evinə get
“Evə get .. öz evinə get, öz rusdilli xalqını qorumaq üçün bütün dünyaya deyil, öz evinə get - orada onlar heç də az deyil, təxminən 150 milyon nəfərdirlər. Burada isə .. Ukraynaya eşq olsun!” - Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinə belə müraciət edib.

O, Rusiyanın Ukraynaya hücumunu virusa bənzədib və deyib ki, Ukraynada ilk koronavirus hadisəsinin təsdiqlənməsindən iki il sonra, ölkəyə yeni virusun hücumundan bir həftə keçib.

Zelenski deyib ki, Ukrayna öz torpağı, xalqı və azadlığı üçün mübarizə aparır.

“Biz öz tariximizdə və öz ərazimizdə iki dünya müharibəsi, üç aclıq, holokost, böyük terror, Çernobıl partlayışı, Krımın işğalı və Ukraynanın şərqindəki müharibə ilə üzləşmişik. Bizim okeandan okeana qədər nəhəng ərazimiz yoxdur, nüvə silahımız yoxdur, dünya bazarını neft və qazla təmin etmirik. Amma bizim xalqımız var, torpağımız var və bizim üçün qızıldır. Bunun üçün mübarizə aparırıq. Azadlığımızdan və ləyaqətimizdən başqa itirəcəyimiz heç nə yoxdur. Bu, bizim üçün ən böyük xəzinədir. Dəfələrlə bizi məhv etmək istədilər, bacarmadılar, torpağın üzərindən silmək istədilər, amma arzularına çata bilmədilər. Arxamızdan vurdular, amma biz ayaq üstə dayandıq. Susmağımızı istədilər, amma bütün dünya bizi eşitdi. Biz o qədər çox şey yaşadıq ki, əgər kimsə fikirləşsə ki, bütün bunları aradan qaldırandan sonra ukraynalılar qorxuya düşəcək, qırılacaq və ya təslim olacaqlar, onlar bizim haqqımızda heç nə bilmirlər, onların bizimlə heç bir əlaqəsi yoxdur”, - deyə Zelenski bildirib.

Print Email
FaceBook Twitter Google