Ukrayna hökuməti bu ilin sonuna qədər çovdar, arpa, qarabaşaq
yarması, darı, şəkər, duz və ətin ixracına qadağa qoyub.
Bu barədə qərarı Ukrayna Nazirlər Kabineti bu gün qəbul edib.
Məlumatı Reuters yayıb.
Bununla belə, Rusiya mətbuatının məlumatına görə, Vladimir Putin
2022-ci ildə Rusiyadan bəzi məhsulların və xammalın ixracını və
idxalını məhdudlaşdıran və ya qadağan edən sərəncam verib. Bu
məhsulların siyahısı Rusiya hökuməti tərəfindən müəyyən
edilməlidir.
Hökumət iki gün ərzində bu qərardan təsirlənən ölkələrin siyahısını
da tərtib etməlidir.