Zurabişvili Zelenskidən səfiri Tbilisiyə qaytarmağı xahiş edib
Gürcüstan prezidenti Salome Zurabişvili ukraynalı həmkarı Volodimir Zelenskidən ölkə səfirini Tbilisiyə qaytarmağı xahiş edib.

O, bu müraciətlə ölkə parlamentinin tribunasından çıxış edib.

Dövlət başçısı deyib ki, səfirin Gürcüstana geri dönməsi çətin anlarda iki xalq arasında əlaqələri hərtərəfli və daha da möhkəmləndirə bilər.

S.Zurabişvili qeyd edib ki, Gürcüstan və Ukrayna arasında istənilən fikir ayrılıqları yalnız Rusiyanın xeyrinədir.

Prezident çıxışında keçmiş dövlət başçısı Mixeil Saakaşvilinin əfvi məsələsinə də toxunaraq bildirib ki, bu məsələ ilə bağlı mövqeyini artıq açıqlayıb.
Print Email
FaceBook Twitter Google