Etnik ayrıseçkiliyə görə bu kimi yanaşma zərərlidir - Zurabişvili "Gürcü arzusu"nu tənqid edib
Gürcüstan prezidenti Salome Zurabişvilinin sözlərinə görə, “Gürcüstanda etnik ayrıseçkiliyə çağıran rəsmi bəyanatlar ziyan vurur”.

Onun sözlərinə görə, Rusiyadan vətəndaşların ölkəyə girişi həssas məsələdir və bu, ölkənin parçalanmasına, nüfuzuna xələl gətirməyə və panikaya səbəb olmamalıdır.

“Gürcüstanda etnik ayrı-seçkilik təhlükəsinə çağıran rəsmi bəyanatlar ziyan vurur. Əvəzində hökumət ictimaiyyətə dəqiq və vaxtında məlumat verməyə və onları həm sərhəddə, həm də ölkədə vətəndaş asayişinin lazımi qaydada təmin olunduğuna əmin etməyə borcludur", - Salome Zurabişvili parlamentdəki çıxışında bildirib.

“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin sözlərinə görə, Gürcüstan parlamenti artıq etnik ayrı-seçkilik və etnik ədavətin qızışdırılması ilə mübarizəyə yönəlmiş qanunvericiliyin sərtləşdirilməsi üzərində işləməyə başlayıb.

Kobaxidzenin sözlərinə görə, “Milli Hərəkat” etnik qarşıdurmanı qızışdırmağa çalışır.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google