Rada Moskva Patriarxlığının Ukraynada fəaliyyətinə qadağa qoyulmasını müzakirə edəcək
Martın 29-da Ukrayna Radasında Rusiya kilsəsinin və onun rəhbərliyinin Ukrayna ərazisində fəaliyyətini qadağan edən qanun layihəsi qeydə alınıb. Qanun layihəsinin müəlifi Oksana Şavçukdur. Məlumatı Ukraynanın “Azadlıq” radiosunun bürosu yayıb.
Layihəyə əsasən, “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik ediləcək.

Dəyişikliklərə Rusiya Patriarxının, Kilsənin və Ukrayna Kilsəsinə daxil olmayan Rusiya dini təşkilatlarının fəaliyyətinin qadağan edilməsi daxildir.

Dəyişikliklər edilərsə, kilsənin və onun rəhbərliyinin bütün əmlakı 48 saat ərzində milliləşdiriləcək. Qanun layihəsinə görə, dini birliklər və kilsələr 14 gün ərzində rus kilsəsinə tabe olmaqdan imtina edərlərsə, o zaman kilsə mülkiyyəti onlarda qalacaq. Qanun layihəsinə görə, Kiyev-Peçora, Poçayev və Svyatoqorsk Lavrası dövlət mülkiyyətinə keçəcək.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google