Kobaxidze: "Prezident Konstitusiyanı pozanda, bu, çirkabdır - biz onu kənara çıxarmaq istəmədik"
“Gürcü arzusu”nun sədri İrakli Kobaxidzenin sözlərinə görə, hökumət prezident tərəfindən konstitusiyanın pozula biləcəyindən ona görə danışmaq istəməyib ki, “çirkləri kənara çıxarmaq” istəməyib.

"Gürcü arzusu”, Gürcüstan hökuməti prezident institutu ilə bağlı diqqətli idi. Biz bu çirkabı çıxarmaq istəmədik. Prezident Gürcüstan konstitusiyasını pozanda, bu, təbii ki, bizim istəmədiyimiz bir növ çirkabdır ki, bunu da kənara çıxarmaq istəmədik. Prezident dəfələrlə konstitusiyanı pozub, həmçinin səfərlər vaxtı da... Bizi o zaman bu addımı atdıq ki, o, özü bu çirki kənara çıxarmaq qərarına gəldi, sonra biz də bu barədə danışmağa başladıq”, - deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin iyun-iyul aylarında və bu il hökumət tərəfindən irəli sürülən 5 səfirin təyinatını və birinin geri çağırılması sənədini prezident imzalamayıb.

Gürcüstan hökuməti Prezident Administrasiyasının Salome Zurabişvilinin 2021-ci il yanvarın 1-dən 2022-ci il martın 21-dək ona təqdim olunmuş diplomatik missiya rəhbərləri vəzifəsinə bütün namizədlərlə razılaşdığı barədə bəyanatını yalan adlandırır. Qeyd edək ki, “Gürcü Arzusu” konstitusiya mübahisəsini prezident tərəfindən səfirlərin rədd edilməsinə görə elan etmişdi.

Hakim partiyanın deputatları parlamentə “Konstitusiya Məhkəməsi haqqında” Üzvi Qanuna dəyişikliklər edib ki, ona görə də dövlət orqanı öz səlahiyyətləri ilə bağlı mübahisəni təkcə başqa orqanın çıxardığı normativ aktla deyil, həm də qanun pozuntusuna yol verdiyi halda akt/hərəkətsizliklə qaldıra bilər. Martın 15-də “Gürcü arzusu” bəyanat yayaraq, prezident Salome Zurabişviliyə qarşı Konstitusiya Məhkəməsində iddia qaldırıb. Partiyanın fikrincə, prezident tərəfindən ötən il hökumətə təqdim edilən səfirliyə namizədlərin rədd edilməsi Gürcüstan konstitusiyasına ziddir və məhkəmə Zurabişvilidən konstitusiya pozuntusunu təsdiq etməyi tələb edir.

Mövcud qanunvericiliyə əsasən, səlahiyyət mübahisəsi çərçivəsində yalnız normativ aktdan şikayət verilə bilər. Prezident konkret vəziyyətdə belə bir hüquqi akt vermədi.

Konstitusiya Məhkəməsi prezidentin səfir təyinatı ilə bağlı qərar vermək hüququnun olub-olmamasına aydınlıq gətirməlidir. Əgər məhkəmə prezidentin bu mülahizəsindən istifadə etmədiyini desə, o, gələcəkdə ölkənin birinci şəxsi hökumətin irəli sürdüyü namizədləri rədd etmək imkanından məhrum edəcək və onu Nazirlər Kabineti tərəfindən irəli sürülən istənilən namizədi təsdiqləməyə məcbur edəcək.

Mənbə: tabula.ge
Print Email
FaceBook Twitter Google