Kobaxidze: Vahid Milli Hərəkat dövlətə Alt-İnfodan yüz dəfə çox ziyan vurur
Təəssüf ki, parlamentdə də Rusiyayönlü partiyalarımız var. Bu, acınacaqlı reallıqdır və buna hüquqi mexanizmlər çərçivəsində hər hansı cavab verilərsə, təbii ki, biz bunu edə bilərik. Kədərli reallıq ondan ibarətdir ki, belə anlarda cavab vermək çox vaxt çətindir. Eyni şey televiziyalara da aiddir. Gürcüstanda aqressiya, nifrət və qütbləşməni təbliğ edən bir sıra televiziyalar var. Təəssüf ki, qanunvericilik burada da gücsüzdür.

Düşünürəm ki, onları da Rusiya maliyyələşdirir, bizdə belə şübhələr var. Mən Milli Hərəkatı və onunla bağlı bütün resursları, o cümlədən media resurslarını nəzərdə tuturam. Milli Hərəkat daha ağırdır, çünki onlar seçkilərdə iştirak edirlər, seçkilərdə müəyyən uğurlar əldə edirlər, daha çox nüfuzlu media resurslarına malikdirlər, ona görə də dövlətə Alt-İnfo-dan yüz dəfə çox ağır ziyan vururlar.

Bu barədə “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze bildirib. “Mənimsəmə detektoru” təşkilatının məlumatına görə, Alt-İnfo partiyasının saytına Kreml ərazisindən proqram təminatı xidmətləri göstərilir.

Mənbə: tabula.ge
Print Email
FaceBook Twitter Google