Qubernator Rusiyanın Belqorod şəhərinin bombalanmasında Ukraynanı günahlandırır
Ötən gecə Rusiyanın Belqorod şəhərində neft bazasında yanğın baş verib, yaxınlıqdakı küçələrin sakinləri müvəqqəti olaraq evlərindən təxliyə edilib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyir ki, neft anbarı iki Ukrayna helikopteri tərəfindən bombalanıb. Ukraynanın özü bu məlumatı hələ ki, təsdiqləməyib. Belqorod Rusiya-Ukrayna sərhədindən 30 kilometr aralıda yerləşir və Rusiyanın Ukraynanın Xarkov şəhərinə ən yaxın şəhəridir. Müharibə başlayandan bəri rus ordusu Xarkovu davamlı olaraq bombalayır.

Rusiya hakimiyyətinin məlumatına görə, neft bazasında iki nəfər yüngül xəsarət alıb, itki yoxdur, yanğınsöndürənlər hadisə yerində işləyirlər.

Bundan bir neçə gün əvvəl də Belqoroddakı silah anbarında yanğın baş vermişdi. Daha sonra Rusiya hökuməti bunun “insan faktoru” ilə bağlı olduğunu bildirib.

Rusiya fevralın 24-də Ukraynanı işğal etdi. Müharibə artıq Ukraynada minlərlə insanın, o cümlədən ən azı 150 uşaqın ölümünə səbəb olub. 10 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb, onlardan 4 milyonu Aİ ölkələrinə köçüb.
Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google