Ukrayna Radası – Təşəkkürlər, Gürcüstan, Ukrayna xalqı gürcülərin dəstəyini hiss edir
Ukrayna Ali Radası Rustaveli prospektində Rusiyanın Buçaya hücumu zamanı həlak olanların xatirəsinə keçirilən dəstək nümayişinə görə Gürcüstana təşəkkür edir.

“Təşəkkürlər, Gürcüstan! Ukrayna xalqı gürcülərin dəstəyini hiss edir", - Ukrayna Radasının "Twitter" səhifəsində dərc olunan bəyanatında deyilir.

Vətəndaşlar Tbilisinin Rustaveli prospektində, Parlament binası qarşısında rus işğalçıları tərəfindən Buça şəhərində öldürülən dinc sakinlərin xatirəsinə həsr olunmuş aksiya keçirib. Etirazçılar Buçada mülki əhalinin öldürülməsinə etiraz etmək üçün simvolik olaraq parlament qarşısında öz etirazlarını bildiriblər.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google