Qori meriyasının mühasibi büdcə pullarını totalizatorda xərcləyib - DTX
Qori Bələdiyyəsinin Mədəniyyət və Turizmin İnkişafı Agentliyinin baş mühasibi dövlət vəsaitini mənimsəməkdə ittiham edilərək saxlanılıb.

Bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yayıb. Qurumun məlumatına görə, ümumilikdə o, büdcədən 143 985 lari mənimsəyib, “lakin mühasibat uçotu və bank sənədlərinin tədqiqi intensiv şəkildə davam edir, bu iş başa çatdıqdan sonra mənimsənilən məbləğin kəskin şəkildə artacağı gözlənilir”.

“İstintaqla müəyyən edilib ki, adıçəkilən şəxs adıçəkilən vəzifədə işlədiyi müddətdə “TBC Bank” ASC və “Liberty Bank” ASC-də açdığı şəxsi bank hesabında Agentliyə məxsus müxtəlif təyinatlı büdcə vəsaitlərini sistematik olaraq hesablayıb və sonra onları onlayn bukmekerlərdə istifadə edib".

Həmin şəxs vəzifə səlahiyyətlərindən istifadə edərək külli miqdarda pulu mənimsəməkdə ittiham olunaraq həbs edilib.

Bundan əvvəl dövlət auditi hadisə ilə bağlı rəsmi məlumat yayıb. Həmin vaxt agentlik yalnız təqsirləndirilən şəxsin dövlət büdcəsindən şəxsi hesablara pul köçürməsini bilsə də, açıqlamada bukmeker kontorlarından bəhs edilməyib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google