"Empati" həkimləri bu gün Vivamedi klinikasında Mixeil Saakaşvilini ziyarət edəcəklər
“Empati” həkimləri bu gün Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilini “Vivamedi” klinikasında ziyarət edəcəklər.

Mixeil Saakaşvilinin hüquq müdafiəçisi Şota Tutberidzenin dünən verdiyi məlumata görə, Saakaşvilinin vəkillərinə Empati Mərkəzinin tibbi ekspertlərinin Mixeil Saakaşviliyə baş çəkməsinə icazə verən məhkəmə qərarı verilib.

Vəkilin sözlərinə görə, Mixeil Saakaşvili ekspertləri gözləyir və ekspertizada iştirak etməyə hazırdır.

Xatırladaq ki, hakim Nino Çaxnaşvili mayın 25-də bir qrup ekspertin Mixeil Saakaşviliyə baş çəkməsinə icazə verilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin edib.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər