Səhiyyə Nazirliyinin məlumatına görə, onurğa əzələlərinin
atrofiyası [SKA] olan bütün xəstələrə bahalı dərmanlar pulsuz
veriləcək.
Nazirlik bu barədə bu gün, iyunun 10-da məlumat yayıb.
“Benefisiarların əksəriyyəti üçün yüksək qiymətə görə
müalicə mümkün deyildi. Nadir və daimi xəstəliyi olan insanların
müalicəsi üzrə dövlət proqramına dəyişikliklər nəticəsində onurğa
əzələlərinin atrofiyası olan bütün xəstələr pulsuz dərmanla təmin
olunacaqlar”, - deyə
məlumatda bildirilir.
Səhiyyə Nazirliyinin məlumatına görə, SKA dərmanının bir flakonunun
qiyməti 7485 dollardır ki, bu da xəstə üçün 12 günlük doza
deməkdir.
Onurğa əzələlərinin atrofiyası əzələ atrofiyasına və əlaqədar
ağırlaşmalara səbəb olan ağır genetik, mütərəqqi sinir-əzələ
xəstəliyidir. Xəstəlik əsasən uşaqları və körpələri təsir edir.
2020-ci ildə Gürcüstanda onurğa əzələlərinin atrofiyası olan
xəstələrin müalicəyə çıxış imkanlarını artırmaq üçün petisiya
yaradılıb. Onu 10 455 nəfər imzalayıb.