Son ticarət nəticəsində lari yenidən dəyər qazanıb. Bir həftə
ərzində (28 iyun - 5 iyul) milli valyuta dollara nisbətən 2%
möhkəmlənib və bu gün məzənnə 2,8762-dir. Bir ay ərzində lari
3,18%, ilin əvvəlindən isə 6,89% möhkəmlənib.
Bir həftəlik intervalda erməni dramı cüzi, 0,21% möhkəmlənərək
407,52 səviyyəsindədir. İlin əvvəlindən dram 15,12%
möhkəmlənib.
Azərbaycan manatı sabit məzənnəni
saxlayır və hələ də 1,70
səviyyəsində sabitdir.
Rusiya və Türkiyənin milli valyutaları bir həftə ərzində
devalvasiyaya uğrayıb. 3,22%-i rus rublu, 1,05% isə türk lirəsi
zəifləyib. İlin əvvəlindən rubl 2,17%, lirə isə 25,12%
ucuzlaşıb.
28 iyun və 5 iyul tarixlərində dollara qarşı məzənnələr (milli
bankların məlumatları):
- Gürcü larisi: 1 dollar=2,9349 lari - 1 dollar=2,8762
lari;
- Erməni dramı: $1=408,39 dram - $1=407,52
dram;
- Azərbaycan manatı: $1=1,70 manat - $1=1,70
manat;
- Türk lirəsi: 1$=16,62 lirə - 1$=16,79
lirə;
- Rusiya rublu: $1=53,36 rubl - $1=55,09
rubl.