Marneuli bələdiyyəsinin Mollaoğlu kəndində bu il daxili yollar
çəkilməyəcək.
Marneuli bələdiyyəsinin 2022-ci il büdcəsində kənddə daxili
yolların çəkilməsi üçün pul da ayrılmışdı. Ancaq bu il işlər təxirə
salınıb.
Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar
Məmmədov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu il
layihənin həyata keçirilməsinə ehtiyac yox idi. Buna görə də
Mollaoğluda daxili yolların çəkilməsinə
ayrılmış pul başqa
layihələrə bölünüb.
Qeyd edək ki, 2021-ci ilin 1 dekabr tarixində Marneuli
bələdiyyəsinin 2022-ci il büdcəsinin təsdiqlənməsi zamanı
Mollaoğluda bu il daxili yolların çəkilməsi üçün büdcədə 400 000
lari ayrılmışdı.