Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukianinin
müavini Soso Qiorqadze istefa verib.
Məlumat ilkin olaraq nazirliyə əsaslanan İctimai Yayım şirkəti
tərəfindən yayılıb və nazirliyin mətbuat mərkəzində “Netgazet”ə
təsdiqlənib.
Mədəniyyət Nazirliyinə əsaslanaraq, yayımçı Soso Qiorqadzenin başqa
agentlikdə işləməyə davam etdiyini bildirir.
Soso Qiorqadze Tsulukianinin ədliyyə naziri olduğu müddətdə onun
müavini olub.
2013-cü ildən Ədliyyə Nazirliyi
sistemində çalışıb. Müxtəlif
vaxtlarda Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə, daha sonra Dövlət
Xidmətlərinin İnkişafı Agentliyinə rəhbərlik edib.
2019-cu ilin iyun ayından 2020-ci ilədək nazir müavini vəzifəsinə
başlamazdan əvvəl Ədliyyə Palatasının icraçı direktoru vəzifəsində
çalışıb.
Tea Tsulukiani artıq yeni müavin kimi İrakli Qiviaşvilini təqdim
edib.