Marneuli Uşaq Bağçaları Birliyi bağçalar üçün oyuncaqların
alınmasına 61 738 lari xərcləyib.
Bələdiyyənin uşaq bağçalarını 42 növ oyuncaqla tenderdə qalib
gəlmiş şirkət “Çika” MMC təmin edib.
Oyuncaqlar arasında loto, heyvan şəkillərindən ibarət dəst, ağacdan
rəngli qurğular, tapmaca-şəkillər, kukla və maşınlar var.
Oyuncaqların əksəriyyəti Çin və Türkiyə istehsalıdır. “Çika” MMC
bələdiyyəyə Rusiya istehsalı olan oyuncaqlar da gətirib
və uşaq
bağçalarına paylayıb. Məsələn, plastilin və quaş istehsal edən
ölkələr arasında məhz Rusiya da qeyd olunub.
Tenderə görə, bütün əşyalar qeyri-toksik materialdan
hazırlanmalıdır, tərkibində zərərli maddələr olmamalıdır.
Sənədə əsasən, təqdim edən şəxsi vəsaiti ilə əşyaları Marneulinin
Məktəbəqədər Təhsil Müəssisələrinə çatdırmalı idi.
Bələdiyyə miqyasında ümumilikdə 14 uşaq bağçası var. Onlardan
ikisində aparılan təmir işlərinə görə, təhsil prosesi
dayandırılıb.