Marneuli yerli özünüidarəsi iki kənddə körpülərin salınmasını
planlaşdırır.
Marneuli meriyasının “GMG Construction 2022” MMC ilə bağladığı
sadələşdirilmiş müqaviləyə görə, yerli özünüidarə kəndlərdə
körpülərin salınması üçün 33 138 lari 16 tetri xərcləməyi
planlaşdırır.
Böyük Bəylər kəndində dəmir-beton körpünün salınması, Çanaxçıdakı
körpünün isə qəzalı hissəsinin bərpası nəzərdə tutulub.
Hər iki layihə kəndə dəstək proqramı çərçivəsində həyata
keçiriləcək. Çanaxçıda olan körpünün qəzalı hissəsini bərpası üçün
mərkəzi büdcədən 11 584 lari ayrılıb. Böyük Bəylər kəndində
dəmir-beton körpünün tikintisi üçün ümumilikdə 21 554 lari ayrılıb.
Buradan 11 700 lari dövlət büdcəsindən, 9 854 lari isə yerli
büdcədən nəzərdə tutulub.
“GMG Construction 2022” MMC-nin işlərin həyata keçirilməsi üçün 60
gün vaxtı var.
Qeyd edək ki, Marneuli meriyası kəndə dəstək proqramı çərçivəsində
5 kənddə yollara çınqıl tökülməsini də planlaşdırır. Həmin işlər
üçün meriya “GMG Construction 2022” MMC ilə sadələşdirilmiş
müqavilə bağlayıb.