Sentyabrda aylıq 9600 laridən çox əmək haqqı alanların sayı illik müqayisədə 34,8% artıb - PMCG

"Sentyabrda aylıq 9600 laridən çox əmək haqqı alanların sayı illik müqayisədə 34,8% artıb", - PMCG araşdırmasında qeyd olunur.


Bundan başqa, onların hesabatlarına görə, 2022-ci ilin sentyabr ayında aylıq əməkhaqqı alanların sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 6,3 faiz artıb.

“2022-ci ilin sentyabr ayında 0-dan 600 lariyə qədər aylıq əmək haqqı alanların sayı 23% təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz bəndi, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 6,5 faiz bəndi azalıb.

2022-ci ilin sentyabr ayında aylıq 2400 laridən çox əməkhaqqı alanların sayı 18,3 faiz təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz bəndi, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 6,1 faiz bəndi artım deməkdir.

2022-ci ilin sentyabr ayında aylıq 9600 laridən çox əməkhaqqı alanların sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 34,8 faiz, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 60,1 faiz artıb. 2022-ci ilin sentyabr ayında 9600 laridən çox əmək haqqı alanların sayı 1,5% təşkil edib”
, - PMCG nəşri qeyd edib.

Mənbə: BPN

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər