Mülki fəal Samirə Bayramova “Mtavari kanalının” baş direktoru Nika
Qvaramianın məktubunun fotolarını yayımlayıb.
"Mənim əziz Marneulilərim!
Sizin dəstək aksiyasına baxdım və sevincli, həm də çox xoşbəxtəm.
Bir də istəyirəm, biləsiniz ki,( sizlərdən çoxunu yəqin bilirisiniz
də) sizin icmanı çox sevirəm və ən əsas bizim vətən üçün etdiyim
qürurlanası iş məhz sizin icma ilə bağlıdır - etnik azlıqlar üçün
vahid milli imtahan (1+4) proqramı. Sizin vətənpərvərliyinizlə,
gürcü dilinzlə fəxr edirəm.
Mənimçün çox sevindiricidir!
Çox sağ olun və çıxan kimi məni mütləq Azərbaycan mətbəxinin
təamlarına dəvət edin. Qoyun ətini xüsusilə sevirəm. Toplaşaq və
bir birimizi yaxından tanıyaq. Ceyhun görüşümüzü təşkil edəcək.
Öpürəm", – Nika Qvaramia Rustavi 12 saylı
cəzaçəkmə müəssisəsinin 212
-ci bölməsi dən yazıb.
10 noyabr tarixində, etnik azərbaycanlı icmanın dini və ictimai
təşkilatları, yerli media və mülki fəallar Gürcüstan Prezidentinə
Nika Qvaramianın azad edilməsi tələbi ilə müraciət ediblər.
Petisiyada qeyd olunub ki, son günlərdə azad media və ictimai
sektora məqsədyönlü hücumlar olunur. Hakimiyyət isə tənqidi mediaya
qarşı dözümsüzlük göstərir və əsassız səbəblərə görə, ictimaiyyət
qarşısında onların fəaliyyətini etibarsız göstərməyə çalışır.
Tbilisi Appelasiya Məhkəməsi “Mtavari Kanalının” təsisçisi Nika
Qvaramianı həbsdə saxlayıb.
Qvaramianın appelasiya şikayətini hakimlər Merab Corbenadze,
Lavrenti Mağlakelidze və Davit Mamiseişvili müzakirə edirdilər.
Appelasiya Məhkəməsinin qərarından sonra çox sayda siyasətçi və ya
təşkilat Nika Qvaramianı əfv etməsi üçün Prezident Salome
Zurabişviyə müraciət edib.
Prezident 2 iyunda, Qvaramia yeni həbs olunanda bildirmişdi ki,
məhkəmənin qərarını qiymətləndirməyəcək, ancaq demişdi ki, bu
“siyasi baxımdan zamanında baş vermişdi”
2 noyabr tarixində, “Gürcü Arzusunun” sədri İrakli Kobaxidze
bildirib ki, prezident Qvaramianı əfv edərsə
“bu prezident
institutunun təhqir edilməsi olacaq”