Avropa Parlamenti Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi ilə bağlı düzəlişləri dəstəkləyib
Avropa Parlamenti bəzi qeyd-şərtlərlə Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqini dəstəkləyib.

Xüsusilə, Avropa Parlamentinin üzvü Miriam Leksmanın müəllifi olduğu qətnamənin beşinci düzəlişində qeyd olunur ki, İvanişviliyə və demokratik proseslərin pisləşməsinə görə məsuliyyət daşıyan bütün şəxslərə qarşı sanksiyalar tətbiq edilməlidir. O, bildirib ki, Gürcüstan Rusiyaya beynəlxalq sanksiyalardan yayınmağa kömək edir.

“[Avropa Parlamenti] Rusiya vətəndaşları və qurumlarının Qərbin sanksiyalarından yan keçmək üçün Gürcüstandan istifadə etdiyinə dair xəbərlərdən narahatdır. Aİ qurumlarını bu iddiaları, o cümlədən Bidzina İvanişvilinin Rusiya ilə əlaqələrindən bəhs edən Ukrayna Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyin hesabatının öyrənilməsini daha da araşdırmağa çağırır. Bu ittihamlar təsdiqini taparsa, Bidzina İvanişviliyə və onun ən yaxın şirkətlərinə qarşı şəxsi sanksiyaların tətbiqinə çağırır və qeyd edir ki, Ukrayna hazırkı Gürcüstan hökumətinin birmənalı olmayan mövqeyinin arxasında duran İvanişvilinin ailə üzvləri və onun yaxın adamlarına qarşı Rusiya, Kremllə bağlarına görə sanksiyalar tətbiq edib. Bununla əlaqədar, o, Rusiyaya qarşı yeni meyarlar siyahısını özündə əks etdirən səkkizinci sanksiyalar paketinin qəbulunu alqışlayır və bu, Aİ-yə sanksiyalardan yayınmağa kömək edənlərə qarşı sanksiyalar tətbiq etməyə imkan verəcək”, - Avropa Parlamentinin hesabatında deyilir.

Bugünkü iclasda 275 deputat bu dəyişikliyi dəstəkləyib. 212 deputat buna qarşı çıxıb. 132 nəfər bitərəf qalıb.

Bundan başqa, sənədə İvanişvili ilə bağlı daha bir qeyd daxil edilib. Bu halda da düzəlişin müəllifi Avropa Parlamentinin deputatı Miriam Leksmandır.

“Avropa Parlamenti} Gürcüstana namizəd statusu verilməzdən əvvəl həll edilməli olan Avropa Komissiyasının müəyyən etdiyi prioritetlərdən biri kimi ayrı-ayrı insanların şəxsi maraqlarının iqtisadi, siyasi və ictimai həyatda həddindən artıq təsirinin aradan qaldırılmasının zəruriliyini vurğulayır;

Ölkənin siyasi, iqtisadi və ictimai həyatının müxtəlif sahələrində struktur və tənzimləyici islahatlar vasitəsilə şəxsi maraqların, xüsusən də keçmiş baş nazir Bidzina İvanişvilinin həddindən artıq təsiri məsələsinin sistemli şəkildə həllini tövsiyə edir;

Biz Avropa İttifaqı Şurasına və demokratik tərəfdaşlara İvanişviliyə və demokratik siyasi prosesin pisləşməsinə şərait yaradan və buna cavabdeh olan hər kəsə qarşı şəxsi sanksiyalar da daxil olmaqla, müvafiq tədbirlər görməyə çağırışımızı təkrarlayırıq”,
- hesabatda deyilir. Sözügedən düzəlişi Avropa Parlamentinin 275 üzvü dəstəkləyib, 212 deputat əleyhinə çıxıb, 132 deputat isə bitərəf qalıb.

Print Email
FaceBook Twitter Google