Mamuka Mdinaradze: “Prezident şər atmaq xasiyyətindədir və özü-özünü qəzəbləndirir”
Parlament çoxluğunun lideri Mamuka Mdivnaradzenin fikrincə, prezidentin son açıqlamaları ona nədənsə şər atmaq xarakterində olan və özü-özünü qəzəbləndirən adamın mövqeyini xatırladır.

"Gözləyək və görək, nə olacaq", - "
Gürcü arzusu" fraksiyasının sədri Mamuka Mdinaradze prezident Salome Zurabişvilinin bəyanatlarını dəyərləndirərkən deyib.
Mamauka Mdinaradzenin fikrincə, rəhbərlik komandası bu təxribatları qəbul etməməlidir.

“Bütün bunları niyə etdiyi bəlkə də görünəcək. Münasibət o qədər təxribatçıdır ki, məncə, bu təxribatları qəbul etməməliyik. Bəzən ümumi siyasi məzmunlu qəzəb, sonra 26 May ilə bağlı tamamilə yanlış, aidiyyəti olmayan “mesajlar”, sonra ictimaiyyətin reaksiyası yerində oldu, o zaman protokola görə qəzəblənməkdə məqsəd nədir, bunu gələcək göstərə bilər və görəcəyik. Biz bu təxribatı qəbul etməməliyik”, -
deyə Mamuka Mdinaradze bildirib.

Mamuka Mdinaradze ümid edir ki, prezident Brüsselə səfəri zamanı o qədər də “tənqidi” olmayacaq.

"Xanım Salomenin indi povestə qoşulduğu o qanadın nümayəndələri bir neçə həftə əvvəl belə bir "mesaj" aldılar: biz ölkədən kənarda belə şeylər demirik. Bu gün, bu əsrdə ölkə daxilində deyirik, bu nə deməkdir?! Ölkə daxilində dediyin “mesajlar” bayıra çıxmır, xarici partnyorlarımız bunu anlamır, çöldə desən, ancaq bunu başa düşürlər?! Bunun necə münasibət olduğunu başa düşə bilmirəm. Ona görə də ümid edirəm ki, xanım Salomenin ölkə xaricində qiymətləndirmələri o qədər də “tənqidi” olmayacaq və bəlkə də müəyyən obyektivlik nümayiş etdirə biləcək. Bu, heç bir siyasi nümayəndə üçün yox, ölkə üçün çox yaxşı olacaq”,
- Mamuka Mdinaradze bildirib.


Print Email
FaceBook Twitter Google