Marneuli bələdiyyəsinin 2023-cü il büdcəsində dəyişiklik edilib
Marneuli bələdiyyəsinin 2023-cü il büdcəsində dəyişiklik edilib. Dəyişiklikləri Bələdiyyə Məclisinin 29 iyun tarixində baş tutan iclasında dəstəkləyiblər. Məsələni Maliyyə-Büdcə Xidmətinin nümayəndəsi Larisa Qelaşvili müzakirəyə çıxarıb. O, bildirib ki, qənaət hesabına meriyanın ehtiyat fondu artıb. İdman tədbirləri üçün nəzərdə tutulmuş mükafatlara vəsait əlavə olunub və Marneuli Mədəniyyət Mərkəzində fəaliyyət göstərən teatr truppasına 15 000 lari ayrılıb.

“Bələdiyyənin ehtiyat fondu 100 000 lari artırılır. Bu məbləğ meriyanın qeyri-maddi aktivlərinin artırılması maddəsindən, qənaət nəticəsində əldə olunub. Eləcə də idman tədbirlərinin digər xərclər maddəsi artırılır. Müxtəlif mükafatların verilməsi üçün fondu 10 000 lari artırmışıq. Həmçinin, Marneuli Mədəniyyət Mərkəzi üçün 15 000 lari subsidiya hazırlayırıq. Bildiyiniz kimi, teatr truppası müəyyən qələbə qazandı və subsidiya edirik. Həmin 15 000 lari mədəniyyət tədbirləri maddəsindən əldə olunub. Qənaət hesabına büdcə dəyişikliklərlə balanslaşdırıldı”, – Larisa Qelaşvili bildirib.

Bələdiyyə Məclisinin 29 iyunda baş tuutan iclasında ümumilikdə 4 məsələ müzakirə olunub. Dörd məsələnin hamısı ilə bağlı müsbət qərar qəbul ediblər.

Müzakirə olunan məsələlər bunlardır:
  • “Marneuli bələdiyyəsinin 2023-cü il büdcəsinin təsdiqlənməsi haqqında” Marneuli Bələdiyyə Məclisinin 2022-ci il 26 dekabra olan 29 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında.
  • Marneuli Bələdiyyə meriyasının Əmlak İdarəsi və Maddi-Texniki Təminat Xidmətinin 2023-cü il 27 aprelə olan 07-322311746 nömrəli xatırlatma kartının müzakirəsi haqqında.
  • Marneuli meriyasının Əmlak İdarəsi və Maddi-Texniki Təminat Xidmətinin 2023-cü ilin 16 maya olan 07-3223136186 nömrəli xatırlatma kartının müzakirəsi haqqında
  • Sosial məsələlər

Print Email
FaceBook Twitter Google