Marneulidə, Qırmızı Körpü ərazisində kilsə tikiləcək
Marneulidə, Qırmızı Körpü sərhədi yaxınlığında kilsə tikiləcək. Marneuli Bələdiyyə Məclisi tərəfindən yayımlanmış məlumata görə, Marneuli və Hucabi Yepiskopu Qiorqinin (Camdeliani) xeyir-duası ilə “Baş Mələk” adına rahiblər monastırında Müqəddəs Andrianın adına kilsə tikintisinin təməli atılıb.

Bələdiyyə Məclisi tərəfindən yayımlanmış məlumata görə, kilsə əhalinin ianəsi ilə tikiləcək.

Əraziyə təntənəli şəkildə xeyir-dua verilməsi tədbirində Marneuli Bələdiyyəsinin sədri Amiran Qiorqadze, ruhani şəxslər, Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, qubernatorun birinci müavini Qiorqi Şincikaşvili, Gürcüstan Parlamentinin üzvü Zaur Darğallı, Marneuli meri Kənan Ömərov, Qardabani meri Davit Qarqareteli, Bələdiyyə Məclisinin deputatları, yerli özünüidarə nümayəndələri, dindarlar birlikdə iştirak edirdilər.

“Andria Gürcüstanda xristianlığın ilk təbliğatçısı kimi tanınır. Marneuli bələdiyyəsində Andria Birinci adına kilsə indiyə kimi olmayıb və müqəddəsin adına kilsə əhalinin ianəsi ilə tikiləcək”, – Marneuli Bələdiyyə Məclisi yazır.

Print Email
FaceBook Twitter Google